Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov növbəti səyyar qəbulu Ucarda keçirib

0

  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ildə vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, fevralın 9-da Ucar rayonunda məcburi köçkünlər üçün salınmış 250 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə görüşüb. Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, rayon icra hakimiyyəti başçısının Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev və sakinlər iştirak ediblər. Qəbulda işlə təminatla bərabər, qardaş Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş insanlara yardım göstərilməsinə köməklik edilməsi və sahibkar kimi "Kapital Bank"ın Ucar rayon filialından götürdüyü kreditin faizinin aşağı salınmasına köməklik edilməsi məsələləri olmuşdur.  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib44 dəfə
    Şahmar Usubov növbəti səyyar qəbulu Ucarda keçirib

    Maraqlı gələ bilər
    18
    40
    36
    35
    28
    34